Azərbaycanlı turistlərə Krımda günü 30 avroya dincəlmək təklif olunur
«APA-Economics»in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Ukraynanın Krım Muxtar Respublikasının nümayəndə heyətinin rəhbəri, Krımın kurortlar və turizm naziri Aleksandr Liyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Krım Muxtar Respublikası və Azərbaycan hökumətləri arasında əldə olunmuş razılığa əsasən həyata keçirilən səfərdə məqsəd Krımla Azərbaycan arasında turizm, xüsusilə də müalicə turizmi sahəsində əlaqələrin inkişaf etdirilməsidir.
A.Liyev bildirib ki, Qara dəniz sahilində ən böyük turizm mərkəzi olan Krımda 3500 hotel, pansionat və müalicəxana fəaliyyət göstərir. 240 sanatoriya il boyu fəaliyyət göstərə bilir: «Təkcə bu ilki mövsümə hazırlıq çərçivəsində bu kurortlara 600 mln. qriven vəsait yatırılıb. Ümumilikdə isə 2020-ci ildə Krımın sanatoriya-kurort təsərrüfatının müasirləşdirilməsi üçün 2 mlrd. qriven yatırılacaq».
Nazir xüsusi qeyd edib ki, Krım sanatoriyaları ənənəvi yay istirahət mərkəzləri yox, müalicəxanalar kimi fəaliyyət göstərirlər: «Burda müxtəlif xəstəliklərin, o cümlədən uşaqlar arasında geniş yayılan xəstəliklərin müxtəlif üsullarla, dərmansız müalicəsi həyata keçirilir».
Turizm kompleksinin inkişafı üçün görülən addımlardan biri də ayrı-ayrı regionlarla əməkdaşlıqdır. Bunun üçün seçilmiş 12 istiqamətdən biri də Azərbaycandır. A.Liyevin sözlərinə görə, Krım Qafqaz ölkələri arasında əməkdaşlığa ilk növbədə Azərbaycandan başlamaq niyyətindədir.
Qeyd edək ki, hazırda Azərbaycanda Ukrayna arasında turist dövriyyəsi ildə 90 min nəfərdir. Bunlardan 60 mini Azərbaycandan Ukraynaya, 30 mini isə əks istiqamətdə gedir. Əməkdaşlıq nəticəsində 2015-ci ilədək turistlərin sayını 200 min nəfərə çatdırmaq nəzərdə tutulur. Bunun üçün Krım tərəfi həm istirahətə gələn Azərbaycan vətəndaşlarına, həm də səfəri təşkil edən aviasiya şirkətləri və turoperatorlara böyük güzəştlər təqdim etməyə hazırdır.
Nazirin sözlərinə görə, Azərbaycan vətəndaşları Krımın 3 ulduz səviyyəli sanatoriya və müalicəxanalarında günü 30 avrodan başlayan qiymətlərlə müalicə oluna bilərlər. Bura yaşayış, qidalanma, diaqnostika, 5 müalicəvi prosedur, o cümlədən əllə masaj aiddir. Krım təmsilçisinin sözlərinə görə, bu qiymətlər Azərbaycanın yerli turizm şirkətlərini bu işə həvəsləndirməlidir: «Biz indi yerli turizm şirkətləri ilə əməkdaşlıq barədə danışıqlar aparır və müqavilələr bağlayırıq».
Azərbaycanın səhiyyə naziri ilə görüşən Krım nümayəndə heyəti nazirə Krım kurortlarının müalicə imkanlarını qiymətləndirmək üçün ora nümayəndə heyəti göndərməyi də təklif edib: «Məsələn, Moskva hökuməti bunu araşdırdı və müalicənin keyfiyyətindən razı qalaraq bunu əhaliyə də tövsiyə etdi».
Paralel olaraq Ukrayna tərəfi Azərbaycanın turizm imkanlarını təbliğ etmək üçün Ukrayna dövlət televiziyasında Azərbaycan haqqında pulsuz reklam məlumatları yerləşdirməyə hazırdır.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - VİDEO - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib