Bank Of Baku

Krımın kurortlar və turizm naziri: “Azərbaycandan Krıma birbaşa təyyarə reysi açılsın”

Krımın kurortlar və turizm naziri: “Azərbaycandan Krıma birbaşa təyyarə reysi açılsın”
# 20 dekabr 2011 15:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Krım Muxtar Respublikası Azərbaycanla turizm əlaqələrini gücləndirmək üçün Azərbaycandan Krıma birbaşa təyyarə reysinin açılmasını təklif edib.

«APA-Economics»in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Ukraynanın Krım Muxtar respublikasının nümayəndə heyətinin rəhbəri, Krımın kurortlar və turizm naziri Aleksandr Liyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırda Krıma getmək istəyən Azərbaycan vətəndaşları “Türk Hava Yolları”nın marşrutlarından istifadə etməlidirlər: «Birbaşa reysin olması isə yolu asanlaşdırar və turizm axınını gücləndirər».

Nazir qeyd edib ki, Azərbaycanın aviasiya şirkətləri ilə bu gün keçiriləcək görüşdə onlardan Krıma mütəmadi reyslərin açılmasını, yay aylarında isə onların sayının artırılmasını təklif edəcək. Ukrayna tərəfi bunun üçün Azərbaycan şirkətlərinə güzəştlər də etməyə hazırdır: «Məsələn, bizim Simferopol hava limanı Azərbaycanın aviasiya şirkətləri üçün aeroport yığımlarında 50% güzəşt verməyə hazırdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR