Azərbaycanda akkreditə olunmuş səfirliklərin diplomatları üçün regionlara infotur həyata keçirilib - FOTOSESSİYA
Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, infotur çərçivəsində Qəbələ ilə yanaşı, İsmayıllı rayonu və Şəki şəhəri ilə əyani tanışlıq, ekskursiyalar, ziyarətlər və görüşlər, eyni zamanda İsmayıllı rayonunun Lahıc qəsəbəsinə ekskursiya həyata keçirilib. Qonaqlar buradakı dulusçuluq və xalçaçılıq emalatxanaları ilə, həmçinin Lahıc tarix-diyarşünaslıq muzeyi ilə əyani tanış olublar.
Daha sonra İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzinə baxış zamanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədov qonaqları qarşılayıb. Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev mərkəzin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
İnfotur iştirakçıları bölgəyə səfər proqramına uyğun olaraq Şəki şəhərində də olublar. Diplomatların qədim Şəki şəhəri ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Daha sonra qonaqlar Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olublar. Xan sarayında olan görüş zamanı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayıb və onlara xatirə hədiyyələri təqdim edib. Şəkiyə səfərləri çərçivəsində diplomatlar XVIII-XIX əsrə aid “Yuxarı Karvansara” mehmanxana kompleksi ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Həmin gün qonaqlar Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya zamanı 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin və Azərbaycanın 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik eksponatlar, arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları ilə tanış olublar. İnfoturun sonuncu günü qonaqlar Azərbaycanın turizm potensialının təqdimat mərasimində iştirak ediblər. Diplomatlar infoturda iştiraklarından məmnunluqlarını ifadə ediblər.
Təqdimat mərasimindən sonra Qəbələ rayonu üzrə “City Tour” (şəhər turu), həmçinin əsası 1901-ci ildə Johan Beltmann tərəfindən Hollandiyanın Deventer şəhərində qoyulmuş və hazırda Qəbələdə fəaliyyət göstərən “Beltmann” piano zavoduna və Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavoduna ekskursiyalar təşkil olunub.
İnfoturun təşkil olunmasında əsas məqsəd Azərbaycanda akkreditə olunmuş səfirliklərin diplomatlarını paytaxtla yanaşı, bölgənin turizm potensialı ilə daha yaxından tanış etmək, habelə infoturda iştirak edən ölkələr arasında gələcəkdə turizm sahəsində əməkdaşlığa və qarşılıqlı turist mübadiləsinə nail olmaqdır.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - VİDEO - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib