Bank Of Baku

Azərbaycanda Ekskursiya Bələdçilərinin Mərkəzi Koordinasiya Şurası yaradılıb

Azərbaycanda Ekskursiya Bələdçilərinin Mərkəzi Koordinasiya Şurası yaradılıb
# 23 dekabr 2011 11:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Azərbaycan Turizm İnstitutunda Azərbaycan Turizm Assosiasiyasının nəzdində Ekskursiya Bələdçilərinin Mərkəzi Koordinasiya Şurasının təsis konfransı keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə yeni yaradılacaq Koordinasiya Şurasında təcrübəli bələdçilərlə yanaşı, gənc bələdçi tərcüməçi bələdçilər də təmsil olunublar. Yeni təsis edilmiş Ekskursiya Bələdçilərinin Koordinasiya Şurası fəaliyyət istiqamətinə uyğun olaraq əsasən gənc bələdçi-tərcüməçilərin hazırlıq səviyyəsini artırmaq məqsədilə peşəkar bələdçilərlə əlaqələrin qurulmasını, Bakı və Abşeron yarımadası üzrə yeni marşrutların yaradılmasının təminində iştirakı öz üzərinə götürür.
Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları ilə müştərək ekskursiya marşrutları mətnlərinin hazırlanması prosesinə nəzarət edəcək, Azərbaycan Nəqliyyat Nazirliyi ilə razılaşma əsasında avtobus dayanacaqlarının müəyyənləşdirilməsi prosesinə qatıla biləcəklər.
İştirakçılar bələdçilərin bir qurumda birləşməsi, vahid mərkəzdən idarə olunması məsələsini günün tələbi kimi səciyyələndiriblər. Konfransda ekskursiya bələdçilərinin Mərkəzi Koordinasiya Şurasının İdarə Heyəti yaradılıb, 7 nəfər üzv seçilib. İdarə Heyətinə Azərbaycanın təcrübəli bələdçisi Balaş Maqsudovun rəhbərlik etməsi yekdilliklə qərara alınıb. Qurum ictimai əsaslarla fəaliyyət göstərəcək.

Ekskursiya bələdçilərinin Mərkəzi Koordinasiya Şurasının təsis konfransında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, ATİ-nin prorektoru Eldar Aslanov, institutun Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Nəsir Nəsirli iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR