Bank Of Baku

Azərbaycan prezidenti Bakıda “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Bakıda “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışında iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 28 dekabr 2011 11:58 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.

Prezident İ. Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi “Jumeirah Group”un MDB məkanında ilk otelidir. Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin Bakıda tikilməsi ölkədə turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir.

Bildirilib ki, “Azinko Holdinq” şirkəti tərəfindən tikilən otel 12 hektar ərazini əhatə edir. Burada inşa edilmiş tikililərin ümumi sahəsi 73,6 min, otel binasının sahəsi isə 54 min kvadratmetrdir.

Qeyd edilib ki, 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 avtomobil yerlik qarajlar da var.

Diqqətə çatdırılıb ki, otelin dəniz çimərlik hissəsində eyni vaxtda 600 qonağın istirahəti üçün hər cür şərait yaradılıb. Kompleksin dənizkənarı sahilə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərəcək. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu fəaliyyət göstərəcək.

Məlumat verilib ki, oteldə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da var.

Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb.

Sonra “Jumeirah Group”un icraçı sədri Cerald Loules çıxış edib.

Dövlət başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR