Bank Of Baku

Yeni il gecəsi Avropanın ən bahalı şəhəri Praqa olacaq

Yeni il gecəsi Avropanın ən bahalı şəhəri Praqa olacaq
# 28 dekabr 2011 13:39 (UTC +04:00)
Bakı - APA-Economics. Çexiyanın paytaxtı Praqa şəhəri Yeni il gecəsi turistlər üçün Avropanın ən bahalı şəhəri olacaq.

APA-Economics”in Çexiya mətbuatına istinadən xəbərinə görə, analitiklər 35 Avropa ölkəsinin paytaxtındakı qiymətləri müqayisə etdikdən sonra bu qənaətə gəliblər.

Yeni il gecəsi Praqa hotellərində 2 nəfərlik nömrə 361 avro təşkil edəcək. Halbuki dekabr ayı üçün orta göstərici adətən 98 avro olur.

Müqayisə üçün qeyd edək ki, Paris hotellərində Yeni il gecəsi 239 avroya, Venesiya, Edinburq və Amsterdamda 250 avroya, Barselonada 200 avroya başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR