Bank Of Baku

Ankarada mədəniyyət turizmi zirvəsi keçirilib

Ankarada mədəniyyət turizmi zirvəsi keçirilib
# 04 yanvar 2012 15:59 (UTC +04:00)
Almatı. Ramiz Məşədihəsənli - APA. Türkiyənin paytaxtı Ankara şəhərində “Türkiyə açıq hava muzeyidir” başlığı altında mədəniyyət turizmi zirvəsi keçirilib. Bu barədə APA-nın Orta Asiya bürosuna Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səkkiz adda konfransın - “Türkiyədə turizm siyasəti və mədəniyyət turizmi”, “Daşınmaz mədəniyyət varlıqlarının qorunması”, “2023 strategiyasında mədəniyyət turizmi”, “Mədəniyyət turizm sahələrinin tanıdılması və bazarlanması” və digər mövzuların da gerçəkləşdirildiyi zirvədə Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay, Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Melih Gökçək, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tatarıstan və digər ölkələrin təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR