Bank Of Baku

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar ikinci yeri tutur

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar ikinci yeri tutur
# 10 yanvar 2012 10:44 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar ikinci yeri tutur. APA-nın «Новости-Грузия» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq statistikanı Gürcüstanın Milli Turizm Agentliyi yayıb. Ötən il Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 43 faiz artaraq 714,427 nəfər təşkil edib. Turistlərin sayına görə, birinci yeri isə 738,136 nəfərlə Türkiyə tutur. 2011-ci ildə Gürcüstanı ümumilikdə 2,82 milyon turist ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR