Bank Of Baku

İspaniyanın turizmdən gəlirləri 8% artıb

İspaniyanın turizmdən gəlirləri 8% artıb
# 11 yanvar 2012 07:56 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il İspaniya büdcəsinə xarici turizmdən 53 mlrd. avro vəsait daxil olub ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 8,1% çoxdur. “APA-Economics”in xəbərinə görə, bu barədə İspaniyanın sənaye, energetika və turizm naziri Xose Manuel Soriya keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq dördüncü ildir İspaniyaya gələn əcnəbi turistlərin sayında artım müşahidə olunur: “Ötən il xaricdən 56,91 mln. nəfər qonağımız olub”.

X.M.Soriya turizm sənayesindən əldə olunan gəlir İspaniya ÜDM-nin 10,2%-ni təşkil edir: “Bu sahədə müşahidə olunan vəziyyət deməyə əsas verir ki, İspaniyanın turizm biznesi gələcəkdə də sabit inkişaf tendensiyasına malik olacaq”.

Ötən il İspaniyada turistlərin xərcləri 4,1% artaraq sutkalıq 101,6 avro təşkil edib. Ölkənin ən populyar istirahət yerləri isə Kanar və Balear adaları, Valensiya və Əndəlus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR