Bank Of Baku

Ötən il dünyada 980 mln. turist səfəri həyata keçirilib

Ötən il dünyada 980 mln. turist səfəri həyata keçirilib
# 12 yanvar 2012 08:30 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il dünyada 980 mln. turist səfəri təşkil edilib ki, bu da bir il əvvəlki göstəricini 4% üstələyib. “APA-Economics”in xəbərinə görə, bu barədə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Refai İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə turist səfərlərinin sayının 1 mlrd.-a çatacağı gözlənilir. T.Refai iqtisadiyyatın bütün sahələrində müşahidə olunun çətinlik və problemlərə baxmayaraq, ötən ilin turizm üçün uğurlu olduğunu vurğulayıb.

Avropada turist səfərlərinin sayı böhrana rəğmən, proqnozu üstələyib. Yunanıstan, İrlandiya, Portuqaliya və İspaniya kimi ölkələrdə isə müvafiq olaraq 14%, 13%, 10% və 8% artım qeydə alınıb. Baş katib avropadakı borc böhranına baxmayaraq, bu il 3%-dən çox artım proqnozlaşdırdıqlarını və bunun 2010-cu il göstəricilərini 7% üstələyəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR