Bank Of Baku

Azərbaycanın da iştirak etdiyi “Ferien Messe 2012” beynəlxalq turizm sərgisində dünyanın 800-dən artıq turizm şirkəti təmsil olunur

Azərbaycanın da iştirak etdiyi “Ferien Messe 2012” beynəlxalq turizm sərgisində dünyanın 800-dən artıq turizm şirkəti təmsil olunur
# 12 yanvar 2012 15:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Vyanada keçirilən “Ferien Messe 2012” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi və “Geo Travel”, “Gilan Tourism”, “Improtex Travel” şirkətləri ilə təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgi nazirliyin 2012-ci ildə iştirak etdiyi ilk beynəlxalq turizm sərgisidir. Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kv.m sahədə Azərbaycan lövhəsi quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün alman, ingilis dillərində 30-a yaxın müxtəlif növ reklam-çap məhsulları eləcə də, digər təbliğat materialları ilə təmin olunub.

Azərbaycan 2007-ci ildən etibarən hər il “Ferien Messe” beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 70 ölkədən 800-ə yaxın şirkət təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyi 2012-ci il ərzində Azərbaycan turizminin tanıdılması və ölkəyə turistlərin cəlb olunması məqsədilə 21 beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR