Bank Of Baku

Azərbaycan Madriddə keçiriləcək Turizm Xidmətlərinin Forumu və FİTUR Beynəlxalq Turizm Sərgisində iştirak edəcək

Azərbaycan Madriddə keçiriləcək Turizm Xidmətlərinin Forumu və FİTUR Beynəlxalq Turizm Sərgisində iştirak edəcək
# 16 yanvar 2012 11:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Yanvarın 17-də İspaniyanın paytaxtı Madrid şəhərində Turizm Xidmətlərinin Forumu keçiriləcək. “Turizm iqtisadi inkişaf və məşğuliyyətin aparıcı qüvvəsi kimi: rəqabət qabiliyyətinin aparılması siyasəti” mövzusuna həsr olunan forumun işində dünyanın onlarla nüfuzlu və aparıcı təşkilat təmsilçilərinin iştirakı nəzərdə tutulub. APA-nın məlumatın görə, Ümumdünya Turizm Təşkilatının qoşulmuş üzvü statuslu Azərbaycan Turizm İnstitutunu ali təhsil ocağının rektoru Cəfər Cəfərov təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin səfər proqramında yanvarın 18-dən 22-nə kimi fəaliyyət göstərəcək FİTUR Beynəlxalq Turizm Sərgisində iştirak, eyni zamanda Ümumdünya Turizm Təşkilatının nümayəndələri, İspaniyanın aparıcı turizm müəssisələrinin və Turizmin Keyfiyyəti İnstitutu rəhbərləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR