Bank Of Baku

ABŞ-ın “Aslan Global” təşkilatının rəhbəri “Böyük Bakının Regional İnkişaf Planı 1” layihəsi ilə bağlı Azərbaycanda görüşlər keçirir

ABŞ-ın “Aslan Global” təşkilatının rəhbəri “Böyük Bakının Regional İnkişaf Planı 1” layihəsi ilə bağlı Azərbaycanda görüşlər keçirir
# 18 yanvar 2012 10:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. ABŞ-da fəaliyyət göstərən “Aslan Global” təşkilatının rəhbəri xanım Kaia Miller Azərbaycan Turizm İnstitutunun (ATİ) qonağı olub.

APA-Economics”in məlumatına görə, ATİ-nin prorektoru Eldar Aslanov Kaia Milleri institutun yaranma tarixi, fəaliyyəti, az müddətdə beynəlxalq təşkilatlarla əlaqələri, ölkənin turizm sənayesinin inkişafına təkan verəcək ixtisaslı kadr hazırlığı istiqamətində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib, ATİ-nin nəzdində yeni yaradılmış Bakı Turizm Peşə Məktəbinə 2012/2013-cü tədris ili üçün ilk şagird qəbuluna artıq start verildiyini bildirib

Azərbaycana səfər proqramını açıqlayan qonaq isə öz növbəsində “Böyük Bakının Regional İnkişaf Planı 1” layihəsi çərçivəsində dövlət strukturları ilə görüşlərin keçirilməsi, Azərbaycanın turizm potensialı, mövcud turizm infrastrukturları, turizmin inkişafında dövlətin rolu, mövcud dövlət proqramları ilə tanışlıq, eləcə də müvafiq sahələrlə bağlı məlumat toplamaq missiyasının icrasında maraqlı olduğunu dilə gətirib.

Görüşün sonunda prorektor Eldar Aslanov bir daha qonağın nəzərinə çatdırıb ki, turizm bütün ölkələrdə olduğu kimi, Azərbaycan şəhərlərinin inkişafında da mühüm rola malikdir: “Xüsusilə Bakı turizmin inkişafı baxımından daha önəmli sayılır. “Böyük Bakının Regional İnkişaf Planı 1” layihəsinin işlənib hazırlanmasında turizm amilinin nəzərə alınması da sıradan bir hadisə olmayıb həm məsuliyyət, həm də etimad deməkdir”.

Görüşün sonunda ATİ ilə “Aslan Global” təşkilatı arasında əməkdaşlığın faydalı olacağı xüsusi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR