Bank Of Baku

Ötən il Yaponiyaya gələn turistlərin sayı 25% azalıb

Ötən il Yaponiyaya gələn turistlərin sayı 25% azalıb
# 19 yanvar 2012 12:00 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il Yaponiyaya gələn turistlərin sayı 2010-cu illə müqayisədə 24,4% azalıb.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, 2011-ci ildə Yaponiyanı 7,14 mln. nəfər turist ziyarət edib. Bir il əvvəl isə bu göstərici 9,45 mln. nəfər olub.

Turistlərin sayının azalmasına səbəb ötən il martın 11-də Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində “Fukusima-1” AES-ində meydana gələn qəza olub. Bu səbəbdən aprel Yaponiya turizmi üçün ötən ilin ən uğursuz ayı olub.

Hazırda Yaponiya hökuməti ölkənin turistlər üçün cəlbediciliyini artırmağın yollarını axtarır, xüsusən Cənubi Koreya hökuməti ilə danışıqlar aparır. Çünki 2011-ci ildə koreyalılar Yaponiyaya gələn turistlərin ümumi sayının 28,3%-ni təşkil ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR