Bank Of Baku

Böyük Britaniya hər il 300 min turist itirir

Böyük Britaniya hər il 300 min turist itirir
# 23 yanvar 2012 13:20 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyaya səfər edən turistlərin 20%-dən çoxu viza alarkən çətinliklə üzləşməsindən şikayətlənir. “APA-Economics”in “Daily Mail”ə istinadən xəbərinə görə, bu barədə Avropa Turist Operatorları Assosiasiyası açıqlama yayıb.

Təşkilat bildirir ki, Britaniya hər il viza prosedurunun mürəkkəbliyi üzündən 300 min turist itirir. Artıq London da turistlər üçün cazibədar şəhər sayılmır. Honkonq və Sinqapura turist axını 18% və 16% artdığı halda, Londona gələnlərin sayı 2,5% azalıb.

Bununla belə, qəzet qeyd edir ki, Böyük Britaniyaya bu il Çindən böyük turist axını gözlənilir. Ötən il məhz çinlilərin sayəsində Böyük Britaniyada rüsumsuz ticarət 60% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR