Bank Of Baku

Azərbaycan Los-Ancelesdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Los-Ancelesdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edəcək
# 26 yanvar 2012 16:16 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Azərbaycan 27-29 yanvar tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Los Angeles Times Travel Show 2012” beynəlxalq turizm sərgisində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə nazirliyin və Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Los-Anceles şəhərinə ezam olunub. “Xəzər Travel”, “İntour” və “Spektr travel” turizm şirkətlərinin sərgidə təmsil olunması nəzərdə tutulur.

Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kv. m sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 30 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.

Qeyd etmək lazımdır ki, Azərbaycan ilk dəfə olaraq “Los Angeles Times Travel Show 2012” sərgisində iştirak edir və burada müxtəlif ölkələrdən 250-yə yaxın şirkət təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR