Bank Of Baku

Türkiyənin turizm gəlirləri 11% artıb

Türkiyənin turizm gəlirləri 11% artıb
# 31 yanvar 2012 08:44 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyənin ötən il turizm sektorundan əldə etdiyi gəlirlər 2010-cu illə müqayisədə 10,6% artaraq, 20 806 708 444 dollardan 23 020 392 250 dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, Türkiyə Statistik Qurumunun yaydığı açıqlamada ölkəyə gələn turistlərin sayının da 33 027 943 nəfərdən 36 151 328 nəfərə qədər artdığı bildirilir.

Bunun qarşılığında Türkiyədən xaricə gedən turistlərin sayı 557 233 nəfərdən 281 972 nəfərə enib.

Türkiyəyə gələn hər bir turist 2011-ci ildə orta hesabla 637 dollar pul xərcləyib. Bir il əvvəl bu göstərici 630 dollar olub.

Eyni zamanda ölkənin turizm xərcləri də artaraq, 4 825 214 101 dollardan 4 976 176 604 dollara yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR