Bank Of Baku

Almaniyanın Yade Universitetinin rəhbərliyi Bakıda səfərdə olub

Almaniyanın Yade Universitetinin rəhbərliyi Bakıda səfərdə olub
# 01 fevral 2012 08:59 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Yade Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru cənab Vaythöner və beynəlxalq şöbənin müdiri xanım Andrea Menn Bakıda birgünlük işgüzar səfərdə olublar.

Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qonaqlar Almaniyanın Yade Universitetində DAAD təqaüdü ilə oxuyacaq iki tələbənin ATİ-nin Beynəlxalq Əlaqələr və Layihələr şöbəsi ilə birlikdə seçimini həyata keçirib, ATİ-Yade arasında bağlanacaq ikitərəfli əməkdaşlıq müqaviləsinin geniş tərkibdə imzalanmasını qərarlaşdırıblar. Həmçinin Yade Universitetinin əməkdaşları 2012-ci ildə bu ölkənin Viıhelmsafen şəhərindəki alman dili yay məktəbi kursunda iştirak edəcək tələblərlə görüşmüş, onların kursla və təhsillə bağlı suallarını cavablandırıblar.

Bir günlük səfər çərçivəsində TEMPUS-un 2012-ci il “Davamlı turizm idarəçiliyi üzrə beynəlxalq bakalavr və magistr proqramlarının yeni modullarının inkişafı” layihəsinin Bakı partnyorları - Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, Millenium Turizm şirkəti, Bakı Dövlət Universiteti, “Təbiət dostları” və EkoSfera QHT-lərinin nümayəndələri ilə birlikdə təklif olunan layihənin texniki məsələləri müzakirə edilib. Səfərin sonunda isə Tədqiqat və İnkişaf şöbəsinin baş metodisti və ATİ-nin ekoturizm üzrə müəllimi Gila Altmanna Azərbaycanda göstərdiyi fəaliyyətə görə institutun Təşəkkürnaməsi təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR