Bank Of Baku

Argentinanın turizm naziri Azərbaycana səfər edəcək

Argentinanın turizm naziri Azərbaycana səfər edəcək
# 10 fevral 2012 07:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Fevralın 11-də Argentinanın turizm naziri Enriki Meyer Azərbaycana səfər edəcək. “APA-Economics”in məlumatına görə, bu barədə Argentina Turizmin Təşviqi İnstitutunun icraçı direktoru Leonardo Boto bu ölkənin KİV-nə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf edən, Avropanı neft və qazla təmin edən bir ölkədir və son vaxtlar Azərbaycan əhalisinin iqtisadi imkanları artıb.

“Argentinanın məqsədi Azərbaycandan yüksək alıcılıq qabiliyyətinə malik turistlərin cəlb edilməsidir” - deyə L.Bota qeyd edib.

Argentinanın turizm naziri Azərbaycan paytaxtında ölkənin turizm sektorunun nümayəndələri ilə də görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR