Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri Argentinanın turizm naziri ilə görüşüb - FOTO

Azərbaycanın mədəniyyət və turizm naziri Argentinanın turizm naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 11 fevral 2012 11:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanda səfərdə olan Argentinanın turizm naziri Karlos Enirike Meyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın xəbərinə görə, əvvəlcə argentinalı nazirə Azərbaycan haqqında məlumat verən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev son illərdə Latın Amerikası ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını deyib. Nazir Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını da qonağın diqqətinə çatdırıb.

Azərbaycanın turizm potensialından danışan Ə. Qarayev bildirib ki, 5 il əvvəl Azərbaycana ildə 1 milyona yaxın turist gəldiyi halda, ötən il bu rəqəm 2 milyondan çox olub. Ölkədə hər il 40-a yaxın otel açılır. Hazırda Azərbaycanın şimalında xizəksürmə mərkəzinin tikintisi aparılır. Azərbaycanda 6 mindən artıq tarixi abidənin olduğunu söyləyən Ə. Qarayev Avropada yeganə yəhudi şəhərciyinin də məhz islam ölkəsi olan Azərbaycanda yerləşdiyini vurğulayıb.

K. E. Meyer isə son vaxtlar ölkələr arasında əlaqələrin sıxlaşdırılması üçün bir sıra addımlar atıldığını qeyd edib. O, Argentina xarici işlər nazirinin mart ayında Azərbaycana səfəri çərçivəsində imzalanacaq sənədlərin bu sahədə əlaqələrə təkan verəcəyini bildirib.

Görüşün sonunda jurnalistlərə açıqlama verən K. E. Meyer ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini bəyan edib. Ə. Qarayev isə bu il ərzində Argentina ilə turizm sahəsində əməkdaşlığa dair müqavilənin imzalanmasına çalışacaqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR