Bank Of Baku

Azərbaycanla Mərakeş arasında turizm sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Mərakeş arasında turizm sahəsində əməkdaşlıq müzakirə edilib
# 15 fevral 2012 14:04 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüş zamanı Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında turizm sahəsində əməkdaşlığa dair bir sıra məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Səfir hər iki ölkə vətəndaşlarının viza əldə edilməsində heç bir problemin olmadığını və mərakeşlilərin yeni turizm məkanları axtarışında olduğunu vurğulayaraq, iki ölkə arasında turist axınının artırılması istiqamətində birgə fəaliyyətə başlamağın vacibliyini ifadə edib. Mərakeşin turizm potensialının təbliğ olunması məqsədilə cari ilin 12-14 aprel tarixlərində Bakı şəhərində keçiriləcək “AITF 2012” beynəlxalq turizm sərgisinə Mərakeş tərəfi də dəvət olunub.

Mərakeş Krallığının turizm şirkətləri ilə yerli şirkətlər arasında əməkdaşlığın qurulması, həmçinin qarşılıqlı tanışlıq səfərlərinin və media nümayəndələri üçün press turların təşkili məsələləri müzakirə mövzuları olun. Həmçinin görüş zamanı Həsən Hami tərəfindən ölkəmizin turizm sənayesində çalışan mütəxəssislər üçün turizm təhsili sahəsində müvafiq köməklik göstərilməsi təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR