Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirib - FOTOSESSİYA
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2011-ci ilin ölkədə turizm ili elan olunduğunu bir daha diqqətə çatdırıb və qeyd edib ki, ötən il bu sahədə bir çox nailiyyətlər əldə olunub: «Ötən il Azərbaycanın turizm sahəsi 14% artıb və 2012-ci ildə turizm sahəsinin inkişaf dinamikası ötən ildəkindən bir qədər də çox olacağı gözlənilir. Biz ötən il ərzində əldə etdiymiz nailiyyətlərlə kifayətlənməməliyik və sözügedən sahəni bir qədər də inkişaf etdirib beynəlxalq səviyyəyə çatdırmalıyıq».
Nazir onu da bildirib ki, ötən il Azərbaycana 2,2 mln-dan artıq əcnəbi gəlib və bu da 2010-cu ildəkindən 14% çoxdur: «Azərbaycana ötən il gələn turistlərin hər biri orta hesabla 700 ABŞ dolları xərcləyib və nəzərə alsaq ki, ölkəyə gələnlərin sayı 2,2 mln-dan çox olub, ölkəyə daxil olan vəsaitin 1,4 mlrd. dollardan çox olduğunu görmək olar».
Ə.Qarayev həmçinin əlavə edib ki, 2002-ci ildə ölkəyə gələn əcnəbilərin sayı 834 373 nəfər olub və yalnız 2003-cü ildə bu göstərici 1 mln-u ötüb: «Ötən il Azərbaycan turizm sahəsində ilk dəfə olaraq 2 mln-dan artıq, yəni 2 239 141 nəfər əcnəbi qəbul edib».
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd edib ki, 2011-ci ildə Azərbaycanın müxtəlif regionlarında turizmin inkişafı istiqamətində, o cümlədən memarlıq-abidə və turizm nümayiş komplekslərinin yenidən qurulmasına, turizm marşrutlarının inkişafına və s. investisiyalar yatarılıb və bu işlər cari və növbəti illər ərzində də davam etdiriləcək.
Ölkədə hotel və mehmanxanaların fəaliyyətindən danışan şöbə müdiri həmçinin bildirib ki, əgər 2010-cu ildə ölkə ərazisində 499 hotel və mehmanxana fəaliyyət göstərirdisə və yataqxanaların sayı 30 793 ədəd təşkil edirdisə, 2011-ci il ərzində hotel və mehmanxanaların sayı 515-ə çatıb, oradakı yataq yerləri isə 2010-cu ilə nisbətən 11,8% artaraq 33 393-ə çatdırılıb: «Ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyektlər istifadəyə verilib. Hazırda isə ölkə ərazisində 45 hotel və mehmanxana inşa etdirilir».
A.İsmiyev onu da bildirib ki, 2011-ci ildə 39 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib və hazırda ölkə ərazisində 178 turizm şirkəti fəaliyyət göstərir.
Ölkəyə gələn əcnəbi vətəndaşların sayından danışan Nazirlik rəsmisi qeyd edib ki, 2011-ci ildə Azərbaycana 2,2 mln-dan çox əcnəbi vətəndaş gəlib, onların 1,836 mln-dan çoxu turist olub: «Hər bir turist Azərbaycanda orta hesabla 618 manat xərcləyib. Turizmdən əldə olunan gəlir isə 2010-cu ilə nisbətən 26% artaraq 966,3 mln. manat təşkil edib».
Tədbirdə həmçinin Nazirliyin digər rəsmiləri, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri və s. çıxış ediblər.
İclasın sonunda 2011-ci ildə turizm sahəsində həyata keçirilən tədbirlər qənaətbəxş qiymətləndirilib və 2012-ci ildə bu sahədə görüləcək işlər barədə sənəd qəbul olunub.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü baş tutub - VİDEO - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib