Azərbaycan Yaxın Şərq regionundan turist axınını artırmağa çalışır
22 fevral 2012 14:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Yaxın Şərq regionundan ölkəyə turist axınını ciddi şəkildə artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazirin sözlərinə görə, sözügedən regiondan Azərbaycana gələn turistlərin sayı çox azdır: «Bəhreyn, İordaniya, Yəmən, Oman, Qətər, Küveyt, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayı il ərzində təxminən 3 932 nəfər təşkil edir və bu çox gülməli rəqəmdir. Halbuki Azərbaycandan, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə gündə 3 təyyarə uçur və orta hesabla bu ölkəyə hər gün 150 nəfər insan gedir».
Yaxın Şərq regionundan Azərbaycana gələn turistlərin sayını artırmaq lazım olduğunu bildirən Ə.Qarayev onu da qeyd edib ki, Azərbaycan BƏƏ-də ölkənin turizm potensialının təbliğatı üçün müvafiq şirkətlə müqavilə imzalayıb: «Yerli turizm şirkətlərinə üz tutub demək istəyirəm ki, bu istiqamətdə marketinq işlərini bir qədər də ciddiləşdirmək zəruridir».

Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024