Bank Of Baku

Son 5 ildə Azərbaycanda turizm şirkətlərinin sayı iki dəfə azalıb

Son 5 ildə Azərbaycanda turizm şirkətlərinin sayı iki dəfə azalıb
# 22 fevral 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 4-5 il ərzində Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin sayı təxminən 2 dəfə azalıb. «APA-Economics»in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, əgər 2005-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 197 idisə, 2006-cı ildə şirkətlərin sayı 240-a, 2007-ci ildə isə 255-ə çatıb: «Ölkənin turizm bazarında rəqabət güclənib ki, rəqabətə davam gətirə bilməyən şirkətlər fəaliyyətini dayandırıb. Belə ki, artıq 2008-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 230-a, 2009-cu ildə isə 218-ə enib».

Nazirin sözlərinə görə, hazırda Azərbaycandakı turizm şirkətlərinin ümumi sayı 178-ə bərabərdir: «Bu da onu göstərir ki, ölkənin turizm məkanı formalaşır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR