Bank Of Baku

Sov. İKP MK-nın keçmiş istirahət evi satışa çıxarılıb

Sov. İKP MK-nın keçmiş istirahət evi satışa çıxarılıb
# 28 fevral 2012 08:14 (UTC +04:00)
Bakı - APA-Economics. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov. İKP MK) Moskva vilayət komitəsinin keçmiş istirahət evi satışa çıxarılıb.

APA-Economics”in xəbərinə görə, istirahət evinə 11,5 mln. dollar qiymət qoyulub.

Sovet dövründə burada “Balıqçı evi” kimi tanınan pansionat yerləşib. Son 10 ildə isə kompleks qapalı korporativ istirahət evi kimi istifadə olunub.

Moskvanın Podolsk rayonunda yerləşən istirahət evi ikimərtəbəli kərpic ev olmaqla sahəsi 1,5 min kv. metrdir. Burada 11 VİP-nömrə, o cümlədən 145 kv. metrlik prezident nömrəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR