Bank Of Baku

Bakıda “İpək Yolunun zövqü” mövzusunda beynəlxalq tədbir keçiriləcək

Bakıda “İpək Yolunun zövqü” mövzusunda beynəlxalq tədbir keçiriləcək
# 28 fevral 2012 10:10 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Bu il sentyabrın 6-7-də Bakıda “İpək Yolunun zövqü” mövzusunda beynəlxalq tədbir keçiriləcək. “APA-Economics”in xəbərinə görə, bu barədə BMT-nin Beynəlxalq Turizm Təşkilatının (UNWTO) saytında məlumat yerləşdirilib.

Tədbir “İpək Yolu” üzrə bu ilin martında Berlində keçiriləcək nazirlər sammiti çərçivəsində təqdim olunacaq proqramın davamı olacaq. “İpək Yolu” üzrə 2012-2013-cü illərin Fəaliyyət Planı turizm marşrutlarının inkişafının vacibliyinə diqqət yönəldəcək.

Tədbirin təşkilatçıları UNWTO və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR