Bank Of Baku

Gürcüstan Rusiya vətəndaşları üçün viza rejimini ləğv edib

Gürcüstan Rusiya vətəndaşları üçün viza rejimini ləğv edib
# 01 mart 2012 07:33 (UTC +04:00)
APA-Economics”in “Novosti-Qruziya”ya istinadən xəbərinə görə, ölkə prezidenti Mixail Saakaşvilinin bu barədə sərəncamı fevralın 29-da qüvvəyə minib.

Artıq Rusiya vətəndaşları sərbəst şəkildə Gürcüstan ərazisinə daxil ola və 90 gün ərzində orada vizasız qala bilərlər. Rusiyada Gürcüstan vətəndaşları üçün viza rejimi isə hələ də saxlanılır.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Konstantin Kosaçev Gürcüstanın bu addımını belə qiymətləndirib: “Rəsmi Tiflis xaricdə belə təəssürat yaratmaq istəyir ki, guya Saakaşvilinin Rusiyaya münasibətdə yürütdüyü siyasət hökumətin deyil, xalqın mövqeyidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR