Bank Of Baku

Turizm sahəsindən bəhs edən dörd kitabın təqdimatı keçirilib

Turizm sahəsindən bəhs edən dörd kitabın təqdimatı keçirilib
# 02 mart 2012 17:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanda turizm təhsili sahəsində mövcud olan elmi ədəbiyyat boşluğunu doldurmaq üçün son zamanlar bu sahədə çalışan peşəkar mütəxəssislər tərəfindən bir sıra kitablar çap edilib. APA-nın məlumatına görə, bu gün turizm sahəsindən bəhs edən son bir ildə çap edilmiş dörd kitabın təqdimatı keçirilib. Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin milli əlaqələndiricisi Faiq Qürbətov çap edilmiş - “Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti”, “Beynəlxalq turizm hüququ”, “Turizm sektorunda çalışanlar üçün məlumat kitabçası” və “Turizmin davamlı inkişafı yerli planlaşdırma üzrə mütəxəssislər üçün vəsait” kitablarının bu sahədə çalışanlara faydalı bir vəsait olacağını deyib.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap edilmiş bu kitabların hər biri turizm sahəsini dərindən bilən mütəxəssislər tərəfindən hazırlanıb. Qeyd edilib ki, Sabir Rəhimovun müəllifi olduğu və “Mədəniyyət qəzetinin” layihəsi əsasında Azərbaycan və ingilis dillərində çap edilmiş “Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti”ndə 3 mindən artıq termin və anlayışın izahı verilib. Əmir Əliyev və Elnur Aslanovun müəllifliyi ilə çap edilmiş “Beynəlxalq turizm hüququ” kitabı isə Təhsil Nazirliyinin əmri ilə dərslik kimi təsdiq olunub.

Tədbirdə çıxış edənlər son illər ölkəmizdə turizmin inkişafı naminə görülmüş işlərdən danışmış və turizm sahəsinə yeni töhfələr verəcək bu nəşrlərin çap edilməsini yüksək qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR