Bank Of Baku

Azərbaycan «Turizm haqqında» yeni qanun layihəsini Ümumdünya Turizm Təşkilatına göndərəcək

Azərbaycan «Turizm haqqında» yeni qanun layihəsini Ümumdünya Turizm Təşkilatına göndərəcək
# 05 mart 2012 14:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanda “Turizm haqqında” yeni qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, sözügedən sənəd əvvəlcə müvafiq nazirliklərlə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bu qanun layihəsi Azərbaycanda turizmin inkişafının və normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə hazırlanıb və hazırda sənəd Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir.

«Mədəniyyət və Turizm Nazirliyinin əldə etdiyi təcrübəyə, turizm sahəsindəki beynəlxalq təşkilatların tövsiyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən hazırlanmış yeni qanun layihəsi ictimaiyyətin müzakirəsinə təqdim olunub. Ümumdünya Turizm Təşkilatının rəy və tövsiyələrini öyrənilməsi məqsədilə yaxın vaxtlarda qanun layihəsi tərcümə olunaraq Təşkilata göndəriləcək», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR