Bank Of Baku

Azərbaycan «Şahdağ» qış-yay turizm kompleksinin inşasının tamamlanması üçün bu il 200 mln. manat ayıracaq

Azərbaycan «Şahdağ» qış-yay turizm kompleksinin inşasının tamamlanması üçün bu il 200 mln. manat ayıracaq
# 06 mart 2012 12:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Şahdağ» qış-yay turizm kompleksində binaların tikintisi, süni qarlaşdırma sistemi, asma kanat yolları, istilik elektrik stansiyası, sahədaxili kommunikasiyalar, fiber-optik xətti, içməli su sistemi və kanalizasiya sistemi üzrə tamamlanma işləri aparılır.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, bu kompleksin 2012-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Xəbərdə bildirilir ki, ötən ildən etibarən sözügedən kompleksin tikintisi ilə bağlı işlər sürətləndirilib. Belə ki, 2012-ci ilin dövlət büdcəsində obyektin tamamlanması üçün 200 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR