Bank Of Baku

Dubaydakı «Rixos Palm Jumeirah» oteli Novruz Bayramında Azərbaycan turistlərinə eksklüziv qiymətlər təklif edir

Dubaydakı «Rixos Palm Jumeirah» oteli Novruz Bayramında Azərbaycan turistlərinə eksklüziv qiymətlər təklif edir
# 09 mart 2012 09:23 (UTC +04:00)
Bakı – APA-Economics. Martın 10-da Dubayın ən prestijli «Palm Cümeyra» ərazisində açılacaq «Rixos Palm Jumeirah» oteli Türkiyənin «Rixos Hotels» şirkətinin Birləşmiş Ərəb Əmirliklərindəki ilk oteli olacaq. Şeyx Mühəmməd əl Məktumun sarayı və «Sofouh Road»ın qonşuluğunda yerləşən «Rixos Palm Jumeirah» özündə çimərlik və ailəvi istirahəti, rəngarəng əyləncələri, biznes və işgüzar tədbirlər imkanlarını birləşdirən kurortdur. Bu otel şəbəkəsi Azərbaycan turistlərinə də çox tanışdır. Müasir dizayn və unikal arxitektura «Rixos The Palm Dubai»ın stilini müəyyənləşdirir. Bu oteli seçən turistləri Fars körfəzinə və «Palm Cümeyra» buxtasına təkrarsız mənzərə gözləyir.

«SilkWay Travel» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, kompleksin konstruksiyası ləçək formalı iki binadan ibarətdir. Burada bitkilər və qumluqla əhatə olunmuş iki hovuz, idman və əyləncə zonası və eksklüziv SPA mərkəzi olan «Rixos Royal Spa» rahat mühit yaradır. Otelin nömrələri elə layihələndirilib ki, yataq otağı qonaq hissədən ayrılıb və bununla da ailə üçün əlavə sahə yaradılıb. Otelin və rezidensiyanın daxili isti və xoş atmosfer yaradır, ənənəvi türk qonaqpərvərliyi və «Rixos» standartları isə bu rahatlığı tamamlayır. Ən kiçik qonaqlar üçün kurortun ərazisində «Rixy Club» uşaq klubu yerləşir.

Qeyd edək ki, «Rixos Hotels» mehmanxana şirkəti 2000-ci ildə Türkiyənin Antalya ərazisində işə başlayandan indiyədək Azərbaycan turistlərinin sevimli istirahət məkanıdır. Bu illər ərzində həmyerlilərimizin incə zövqünü və sadiqliyini nəzərə alaraq «Rixos Palm Jumeirah» fəaliyyətə başladığı ilk mövsümdə yalnız Azərbaycan bazarı üçün Novruz Bayramında eksklüziv aşağı qiymətlər təklif edir və Azərbaycan xalqını bayram münasibətilə təbrik edir.

«Rixos Palm Jumeirah» oteli aeroportdan 47 km, «Marina Mall» ticarət mərkəzindən 17 km, «Mall of the Emirates» ticarət mərkəzindən 17 km, «Dubai Mall» ticarət mərkəzi və «Burj Khalifa»dən 30 km, «Deira City Center» ticarət mərkəzindən 39 km, «Aquadventure» (Atlantis) akvaparkından 5 km, «Wild Wadi/Burj al Arab» akvaparkından 18 km məsafədə yerləşir.

Oteldə 261 nömrə var. Otel kompleksinin ərazisinin yalnız 30%-ni binalar tutur. Qalan 70% ərazidə gözəl bağ, bir neçə çimərlik zonası və əla sahil yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR