Azərbaycan Turizm İnstitutunun nümayəndələri Ərzurumda keçirilən beynəlxalq tədbirlərdə iştirak edib - FOTO
“APA-Economics”in xəbərinə görə, 2010-cu ilin may ayında əsası qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun məqsədi İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, akademik inkişafın dəstəklənməsi ilə zəngin mədəni irsin bərpasına və qorunmasına, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir.
Konsorsiumun İcraedici Şurasına 9 nəfər - Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtalyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Putra Malayziya Universiteti, Tiflis Dövlət Tibb Univeristetinin rəhbərləri daxildirlər. Azərbaycanı isə bu mötəbər qurumda Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov təmsil edir.
İclası giriş sözü ilə Konsorsiumun prezidenti, Atatürk Universitetinin rektoru doktor Hikmet Koçak açıb. İclasda üzv ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, ilkin mərhələdə konkret bir istiqamət üzrə tədrisin uyğunlaşdırılması, gələcəkdə konsorsiuma qoşulmaq istəyən tərəflər arasında Anlaşma Memorandumunun vahid forması, ESRUC üzvlərinin vahid məlumat bazasının yaradılması, Avropa Birliyinin “Erasmus Mundus” proqramına müvafiq əməkdaşlıq perspektivləri kimi məsələlər müzakirə edilib.
ATİ-nin rektoru C.Cəfərov iclasda səslənən fikirlərə münasibət bildirdikdən sonra müəllimlərin işə götürülməsi, ali məktəblərin kadr potensialı haqqında vahid məlumat bazasının yaradılması, birgə elanların işlənib hazırlanması, veb səhifənin fəaliyyətinin genişləndirilməsi, Qərb ölkələrinin ali təhsil məktəblərinin təcrübəsinin öyrənilməsi məsələləri ilə bağlı təkliflərlə çıxış edib. Azərbaycan tərəfinin təklifi ilə Ümumdünya Turizm Təşkilatının “İpək Yolu” proqramı çərçivəsində 2012/2013-cü illər üçün müəyyən edilmiş strategiya və istiqamətlərin ESRUC-un İpək Yolu proqramı ilə əlaqələndirilməsi, xüsusilə gələcək kadrlar qismində ali təhsil müəssisələri tələbələrinin bu prosesə cəlb edilməsi, turizm üçün faydalı istiqamətlər üzrə tədqiqatların aparılması qərara alınıb.
İcraedici Şuranın III iclası ilə paralel olaraq I Qış Anadolu Sammiti - “Turizm, idman, biomüxtəliflik və qlobal dəyişikliklər mövzusunda birgə layihələr” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Pakistan, Malayziya, Banqladeş, Tacikistan, ABŞ, Monqolustan, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Bosniya və Herseqovina, Türkiyə, Hindistan və digər ölkələrdən alim, təhsil işçiləri və hökumət nümayəndələri daxil olmaqla 150-dən çox nümayəndə iştirak edib. Ölkəmizi ATİ-nin dekanı Nəsirulla Nəsirli, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Tünzalə Yusifova və Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev təmsil ediblər. N.Nəsirli aqrar turizmdə yeni istiqamətlər və Azərbaycanda onun inkişaf perspektivləri mövzusunda məruzə ilə çıxış edib.
Keçirilmiş plenar iclasların birinə ATİ-nin rektoru C.Cəfərov rəhbərlik etmişdir. Həmin iclasda ABŞ-ın Ohayo Dövlət Universitetinin nümayəndəsi Dr. Ceki Qudvay “Gənclər idmanın təbliğinin inkişaf perspektivi”, Monqolustan Milli Universitetinin rektoru Timur-Oçir Sanjbegz “İpək Yolu və Monqolustanda turizm”, Pakistanın Preston İdarəetmə, Elm və Texnologiya İnstitutunun icraçı direktoru professor Asim Nazir Əhməd “Turizm iqtisadiyyatda davamlı inkişafın təminatçısıdır”, Qazaxıstanın əl-Fərabi adına Qazax Milli Universitetinin dekan müavini professor Erkin Kakimcanov “GİS üsulu ilə Almatıda turizm infrastrukturunun planlaşdırılması” mövzusunda məruzə ediblər.
ATİ nümayəndə heyəti sammitin təşkilatçısı olan Atatürk Universitetinin rəhbərliyi ilə də görüşüb, qarşılıqlı əlaqələrin daha da sıxlaşdırılması istiqamətində müzakirələr aparıb.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü baş tutub - VİDEO - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib