Bank Of Baku

“Türkiyənin turizmdəki başarı öyküsü” adlı təqdimat keçirilib

“Türkiyənin turizmdəki başarı öyküsü” adlı təqdimat keçirilib
# 15 mart 2012 07:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin Azərbaycanda səfirliyinin Kültür və Tanıtma Müşavirliyi “Türkiyənin turizmdəki başarı öyküsü” adlı təqdimat mərasimi keçirib. APA-nın məlumatına görə, səfirliyin kültür və tanıtma müşaviri Seyid Əhməd Arslan jurnalistlərə açıqlamasında deyib ki, əsas məqsəd Türkiyə ilə Azərbaycan arasındakı körpünü daha da möhkəmlətməkdir. İki ay əvvəl Bakıda müşavir kimi fəaliyyətə başladığını söyləyən müşavir qeyd edib ki, 3 il ərzində bu vəzifədə çalışacaq. O bildirib ki, bu müddət ərzində iki ölkənin mədəni dəyərlərini bir-birinə tanıtmaq üçün bir çox layihələrə imza atılacaq.

S. Ə. Arslanın sözlərinə görə, Türkiyə dünyada turizm sahəsində 7-ci yerdədir. O, 2011-ci ildə Türkiyəyə 31 milyon 500 min turistin gəldiyini xatırladıb: “Türkiyə öz təcrübələrini Azərbaycanla hər zaman paylaşmağa hazırıq. Ötən il Azərbaycandan Türkiyəyə 578 min turist gedib. Bu rəqəm çox azdır. Mən 700 mindən çox azərbaycanlı turistin gəlməsini arzulayıram”.

Builki layihələrdən danışan S. Ə. Arslan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Türkiyədə Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcəyini açıqlayıb: “Biz də Bakıda film, türk mətbəxini tanıtma günlərinin keçirilməsini nəzərdə tutmuşuq. Azərbaycanlı jurnalistlərin Türkiyəyə göndərilərək Türkiyədəki tarixi və turizm obyektlərinin tanıdılması üçün mədəniyyət həftələrinin keçirilməsi də planlaşdırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR