Bank Of Baku

Azərbaycan Turizm Assosiasiyasının sədri Ümumdünya Turizm Təşkilatında vəzifəyə təyin edilib

Azərbaycan Turizm Assosiasiyasının sədri Ümumdünya Turizm Təşkilatında vəzifəyə təyin edilib
# 19 mart 2012 12:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Azərbaycan Turizm Assosiasiyanın sədri Nahid Bağırov Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzvlərin Şurasının vitse-prezidenti vəzifəsinə seçilib.

Nahid Bağırovun “APA-Economics”ə verdiyi məlumata görə, bununla bağlı təşkilatın baş katibi Taleb Rifai N.Bağırovu bu münasibətilə şəxsən təbrik edib.

Qeyd edək ki, 160 ölkənin 400 dövlət və özəl təşkilatları Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzvlərdir. Bunlar aviaşirkətlər, səyahət büroları və təşkilatlarıdır. Azərbaycandan Turizm Assosiasiyası, Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzi Ümumdünya Turizm Təşkilatının üzvləridirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR