Bank Of Baku

Niderland Kraliçası “Floriade-2012” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib

Niderland Kraliçası “Floriade-2012” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib
# 05 aprel 2012 09:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Niderland Krallığının Venlo şəhərində “Floriade-2012” beynəlxalq sərgisinin rəsmi açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə 50-yə yaxın ölkə və onlarla beynəlxalq təşkilat iştirak edir. Azərbaycan da “Floriade-2012” sərgisində təmsil olunan ölkələr sırasındadır.

Sərgi şəhərciyinin mərkəzi küçəsində Azərbaycana 700 kvadratmetrdən artıq sahə ayrılıb və bu sahədə Ticarət və Sənaye Palatası tərəfindən pavilyon qurulub. Niderland Krallığında “Floriade” sərgisi on ildən bir keçirilir və Azərbaycan ilk dəfə olaraq bu sərgidə müstəqil pavilyonla təmsil olunur. Təntənəli açılış mərasimindən sonra Niderland Kraliçası Beatris və onu müşayiət edən çoxsaylı rəsmi şəxslər özünəməxsusluğu və son dərəcə milli koloriti ilə seçilən Azərbaycan pavilyonunu ziyarət ediblər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kraliça Beatrisi Azərbaycan pavilyonunun önündə qarşılayaraq salamlayıb. Kraliça ekspozisiya zalında Azərbaycanın tarixi keçmişi, bu günü və perspektiv inkişafı ilə bağlı filmlə tanış olub. Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov və digər rəsmi şəxslər kraliçanın pavilyona ziyarəti mərasimində iştirak ediblər.

“Floriade–2012” sərgisi 6 ay davam edəcək və sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Günü keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR