Bank Of Baku

Türkiyə bu il Azərbaycandan 600 mindən çox turist gözləyir

Türkiyə bu il Azərbaycandan 600 mindən çox turist gözləyir
# 11 aprel 2012 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyə bu il Azərbaycandan 600 mindən çox turist gözləyir. «APA-Economics»in xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan bildirib.

Onun sözlərinə görə, Türkiyəyə hər il Almaniyadan 4 mln., Rusiyadan da həmin sayda turist gəlir: “İstərdik ki, Azərbaycandan da Türkiyəyə gələn turistlərin sayı artsın”.

Diplomat qeyd edib ki, 2011-ci ildə Azərbaycandan Türkiyəyə 580 min turist gəlib: “Bu il isə Azərbaycandan 600 mindən bir qədər çox turist gözləyirik. Azərbaycanlı turistlər digər xarici ölkələrdə qərib turist olmaqdansa, Türkiyəyə gəlib öz evlərindəki kimi istirahət edə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR