Bank Of Baku

Bakıda Krımın turizm imkanlarına həsr olunmuş təqdimat keçirilib - FOTO

Bakıda Krımın turizm imkanlarına həsr olunmuş təqdimat keçirilib - <font color=red>FOTO</font>
# 11 aprel 2012 11:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bakıda Ukraynanın Krım Muxtar Respublikasının turizm imkanlarına həsr olunmuş təqdimat keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Krım Muxtar Respublikası kurortlar və turizm nazirinin müavini Nikolay Marinov bölgənin turizm imkanları haqqında məlumat verib və Krımın Azərbaycandan turist axınının inkişafında maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, Krım ərazisində 3,5 min hotel, pansionat və sanatoriya fəaliyyət göstərir, hər il 100-ə yaxın tibbi-kurortoloji texnologiya tətbiq olunur, yolların təkmilləşdirilməsi üzrə aktiv işlər aparılır: “Krımın Kurortlar və Turizm Nazirliyi Bakını prioritet tərəfdaş regionlardan sayır. Ona görə də Bakıdan olan turistlərin tələbatına uyğun olaraq xüsusi tibbi proqramlar və turist ekskursiyaları təşkil etməyə hazırıq”.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko qeyd edib ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) hesablamasına əsasən, 2015-ci ildə Bakı-Krım ikitərəfli turist axınının həcmi 60 min nəfər təşkil edəcək.

Qeyd edək ki, Krım nümayəndə heyətinin Bakıya səfəri Krım Muxtar Respublikasının baş naziri Anatoli Mogilyovun göstərişi ilə baş tutub. Səfər Krımın Kurortlar və Turizm Nazirliyi və Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR