Bank Of Baku

Hotel təhsil üzrə beynəlxalq mütəxəssis Azərbaycan Turizm İnstitutunda olub

Hotel təhsil üzrə beynəlxalq mütəxəssis Azərbaycan Turizm İnstitutunda olub
# 11 aprel 2012 11:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Amerika Hotel Təhsili üzrə İnstitutun (AHLEİ) nümayəndəsi, İCBET-in (Biznes təhsili və treninq üzrə beynəlxalq mərkəz) icraçı direktoru George Ubdelohde və Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Aytən Əliyeva Azərbaycan Turizm İnstitutunda (ATİ) olub.

APA-Economics”in məlumatına görə, qonaq ilk əvvəl AHLEİ-nin yaranma tarixi, fəaliyyəti və strateji məqsədlərindən söz açıb. Dünyanın hotel sənayesinin nüfuz dairəsində önəmli yer tutan AHLEİ-dən bəhs edən xüsusi filmin nümayişindən sonra dəyirmi masa keçirilib.

Qonaq təmsil etdiyi qurumun iş mexanizminə əsasən ATİ ilə əməkdaşlığa önəm verdiyini, ali təhsil ocağında çalışan müəllimlər üçün nəzərdə tutulan dörd günlük kursların faydalılığına inandığını bildirib. Daha sonra tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, ATİ müəllimləri pedaqoji sahədə təhsil təlimlərini başa vurduqdan sonra öyrəndiklərinin turizm sənayesində tətbiqinə dair imtahan verməklə bərabər, videoçəkilişlər hazırlamalıdırlar. Kursu uğurla bitirənlərə turizm təhsili təlimçisi sertifikatı verilir. Həmin sertifikat dörd il etibarlı sayılır.

Amerika Otel Təhsili üzrə İnstitutun (AHLEİ) nümayəndəsi, İCBET-in (Biznes təhsili və treninq üzrə beynəlxalq mərkəz) icraçı direktoru George Ubdelohde və Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Aytən Əliyeva ilə görüşdə ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, institutun dekanı Nəsrulla Nəsirli, struktur rəhbərləri və müəllimlər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR