Bu ilin sonunadək Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər
12 aprel 2012 10:10 (UTC +04:00)
“APA-Economics”in xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Bunu çox ciddi addım kimi qiymətləndirən nazir xatırladıb ki, Azərbaycana gələn əcnəbilərə vizanın elektron qaydada verilməsi üçün müvafiq proqram hazırlanır: “Proqrama əsasən, Azərbaycana gələn turistlər vizaları 15 gün ərzində internet vasitəsilə əldə edəcəklər. Hazırda bu istiqamətdə ciddi işlər görülür. Düşünürəm ki, bu ilin sonunadək Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər”.
Ə.Qarayev bu kimi addımların ölkədə turizmin inkişafına təkan verəcəyini söyləyib: “Ötən il Azərbaycanda turizm sahəsinin artım tempi 14% olub. Ötən ilki artım templərini nəzərə alsaq, bu il sözügedən sektorda artım tempinin 10-15% olacağı gözlənilir”.

Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024