Azərbaycanın regionlarında xüsusi turizm zonalarının yaradılması təklif olunur
12 aprel 2012 10:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın turizm sahəsi ölkədə qeyri-neft sektoru sahəsinin inkişafına təkan verən bir sahədir. “APA-Economics”in xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, daxili turizmin inkişafı üçün nəinki ayrı-ayrı tədbirlər, eyni zamanda dövlət proqramı mövcuddur: “Hər bir rayonun inkişaf proqramı tərtib olunanda orada turizmin inkişafına xüsusi önəm verilir”.
Regionlarda xüsusi turizm zonalarının yaradılması təkliflərini hazırlayıb həyata keçirdiklərini vurğulayan nazir turizm sahəsində fəaliyyət göstərən işçilər üçün peşə hazırlığını artırma kurslarının təşkil olunduğunu da xatırladıb: “Bundan başqa, xaricdə keçirilən turizm sərgilərində Azərbaycanın regionlarını təbliğ edirik. Azərbaycan daxili turizmdə bir neçə istiqaməti - ekoloji turizmi, macəra turizmini və s.-i inkişaf etdirir. Nəticədə ölkəmizə gələn əcnəbi turistlərin sayı ildən-ilə artır”.
Ə.Qarayev qeyd edib ki, Azərbaycana artan maraq XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2012”) sərgisində də özünü göstərir: “Ötən il bu sərgi ilə yanaşı, daxili turizm sərgisi də keçirdik və qərara gəldik ki, bunu iki ildən bir keçirək. Növbəti il bu sərgi ilə yanaşı, növbəti daxili turizm sərgisi də keçiriləcək”.

Turizm
Azərbaycanda turizmlə bağlı yeni investisiya təşviq mexanizmləri hazırlanır
15:48
23 may 2024
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024