Bank Of Baku

Gədəbəy rayonunun Elektron Turizm Xəritəsi hazırlanır

Gədəbəy rayonunun Elektron Turizm Xəritəsi hazırlanır
# 12 aprel 2012 14:30 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov - APA. Azərbaycanın Gədəbəy rayonunun Elektron Turizm Xəritəsi hazırlanır. Elektron Turizm Xəritəsi vasitəsi rayonun turizm potensialı ilə yaxından tanış olmaq mümkün olacaq.

Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, xəritə 2011-ci ildə elan olunmuş «Turizm ili» çərçivəsində Azərbaycan Turizm Universiteti və Almaniyanın YADE Universitetinin mütəxəssisləri tərəfindən hazırlanır. Proses sona çatdıqdan sonra xəritə internetdə yerləşdiriləcək.

Gədəbəy Elektron Turizm Xəritəsində rayonda olan istirahət mərkəzləri, tarixi abidələr və turizm marşrutları əksini tapacaq. Elektron xəritədə rayonun ən gözəl, gəzməli və görməli yerləri barədə geniş məlumatlar yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR