Bank Of Baku

Avro-2012 ərəfəsində Ukrayna və Polşa hotellərində qiymətlər 10-12 dəfə bahalaşıb

Avro-2012 ərəfəsində Ukrayna və Polşa hotellərində qiymətlər 10-12 dəfə bahalaşıb
# 16 aprel 2012 08:39 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) futbol üzrə 2012-ci il Avropa çempionatı ərəfəsində Ukrayna və Polşa hotellərində qiymətlərin bahalaşmasından narahat olduğunu bəyan edib.

APA-Economics”in xəbərinə görə, UEFA prezidenti Mişel Platini Ukrayna və Polşa hökumətlərini məsələni tənzimləməyə çağırıb.

Qeyd edək ki, Avro-2012 ərəfəsində Ukrayna və Polşa hotellərində qiymətlər 10-12 dəfə bahalaşıb. Nəticədə bir nəfərlik hotel nömrəsinin qiyməti bir neçə yüz avroyadək yüksəlib. Artıq Ukrayna prezidenti Viktor Yanukoviç baş nazirin müavini Boris Kolesnikova hotellərdə ədalətli qiymətlərin müəyyənləşdirilməsi haqqında göstəriş verib.

Bu il futbol üzrə Avropa çempionatı Ukrayna və Polşada keçiriləcək. Çempionata iyunun 8-də start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR