Bank Of Baku

Suriyada baş verən hadisələr Türkiyəyə turist axınını azaldıb

Suriyada baş verən hadisələr Türkiyəyə turist axınını azaldıb
# 20 aprel 2012 08:16 (UTC +04:00)
Bakı - APA-Economics. Suriyadakı gərgin siyasi vəziyyət bu il Türkiyəyə turist axınına mənfi təsir edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bildirib.

Onun sözlərinə görə, “ərəb baharı”nın Türkiyə üçün həm müsbət, həm də mənfi nəticələri müşahidə olunur. Belə ki, ötən il turistlərin bir hissəsi Misir və Tunisin əvəzinə Türkiyədə dincəlməyi üstün tutub, amma bu il Türkiyə Suriyadakı hadisələr üzündən daha çox turist itirib.

Qeyd edək ki, 2012-ci ilin ilk iki ayı ərzində Türkiyəyə 1,98 mln. turist gəlib, bu isə illik müqayisədə 3,7% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR