Bank Of Baku

Azərbaycan Varşavada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Varşavada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir
# 20 aprel 2012 14:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Bu gün Varşavada “LATO Fair - 2012” beynəlxalq turizm sərgisi işə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, üç gün davam edəcək sərgidə ilk dəfə olaraq Azərbaycan da iştirak edir.

Bu məqsədlə 24 kv. m sahə icarəyə götürülüb və Azərbaycan stendi quraşdırılıb. Stend sərgi iştirakçılarına və ziyarətçilərinə paylanması üçün ingilis dilində müxtəlif çeşiddə Azərbaycanın turizm potensialını təbliğ edən reklam-çap məhsulları ilə təmin olunub.

Sərginin açılış mərasimindən sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Azərbaycan stendini ziyarət edib. Həmçinin Polşanın Turizm Palatasının sədri A.Giertler ilə Polşada Azərbaycanın turizminin təbliğatı barədə görüş keçirilib.

Sərgidə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin “The Tour”, “Millennium Tourism and Congress DMC”, “Geo Travel” turizm şirkətləri və “Gallery hotel” mehmanxanası təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR