Bank Of Baku

Bu il dünya tarixində ilk dəfə olaraq turistlərin sayı 1 mlrd. nəfəri keçəcək

Bu il dünya tarixində ilk dəfə olaraq turistlərin sayı 1 mlrd. nəfəri keçəcək
# 27 aprel 2012 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il dünya tarixində ilk dəfə olaraq beynəlxalq turistlərin sayı 1 mlrd. nəfər həddini keçəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Ümumdünya Turizm Təşkilatının regional direktoru Karlos Voqeler bildirib.

Onun sözlərinə görə, beynəlxalq turizm proqnozlaşdırılan rekordu artıq cari ilin payızında vuracaq və bununla da bu göstərici ötən ilə nisbətən 4% artacaq. Ötən il beynəlxalq turistlərin sayı 980 mln. nəfər olub.

Bununla yanaşı, Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünya üzrə turistlərin sayı 1,4 mlrd-a, 2030-cu ildə isə 1,8 mlrd-a çatacaq.

Hazırda dünyada ən populyar turizm istiqamətləri Fransa, ABŞ və Çindir. Ümumdünya Turizm Təşkilatının statistikasına görə, hazırda dünya ÜDM-nin 5%-i, ixracın isə 6%-i turizm sektorunun payına düşür. İnkişaf etmiş və inkişafda olan ölkələrdə hər 12-ci işçi məhz turizm sahəsində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR