Bank Of Baku

Lənkəranda «Cənub regionunda turizmin inkişaf perspektivləri» mövzusunda treninq keçirilib

Lənkəranda «Cənub regionunda turizmin inkişaf perspektivləri» mövzusunda treninq keçirilib
# 08 may 2012 15:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Lənkəranda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün «Cənub regionunda turizmin inkişaf perspektivləri» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətlərinin təcrübəsinin öyrənilməsinin zəruriliyi qeyd olunub, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilib, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.

Tədbirdə həmçinin www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR