Bank Of Baku

«Eurovision-2012» ilə əlaqədar Bakıya 42 ölkədən qonaqlar gəlib

«Eurovision-2012» ilə əlaqədar Bakıya 42 ölkədən qonaqlar gəlib
# 21 may 2012 11:41 (UTC +04:00)
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu gün səhər saat 9:00-a olan məlumata əsasən, indiyədək 42 ölkədən 671 iştirakçı gəlib. Qonaqların 665-i Heydər Əliyev Hava Limanı, 6-sı isə dəmir yolu vağzalına daxil olub. Paytaxta gələn qonaqlar 16 oteldə yerləşiblər. Ən çox qonaq «Hyatt Regency» və «Hyatt Park» otellərində (152 nəfər) yerləşib. «Hilton» otelində 142 nəfər, «Park Inn» otelində 108 nəfər, «JW Mariott»da 58 nəfər, «Avropa» otelində 51 nəfər, «Sapphir»də - 29 nəfər, «Chiraq Plaza»da 14 nəfər, qalan 9 oteldə isə 1-10 nəfərədək yerləşiblər.

Müsabiqənin final və yarım final günlərində yerli əhalinin daşınması üçün vətəndaşların minik nəqliyyat vasitələrinin saxlaya biləcəkləri şəhərin 6 məntəqəsindən Bayraq Meydanı istiqamətində avtobus marşrutu xətləri müəyyən edilib. Türkiyədən icarəyə alınmış «MAN Neoplan» markalı avtobusların 7 ədədi Təşkilat Komitəsinin sərəncamına verilib. Media nümayəndələrinin otellərdən Bayraq Meydanına daşınması üçün 6 ədəd «Isuzu» markalı avtobus ayrılıb. «Şəhər ərazisində nəzərdə tutulmuş taksi dayanacaqlarında orta hesabla 6-10 taksi avtomobilləri xidmət göstərir. Hava limanında mütəmadi olaraq 50 taksi müvafiq duracaqlarda xidmət göstərməkdədir», - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR