Bank Of Baku

Xəzəryanı ölkələr viza məhdudiyyətlərini aradan qaldırmağa çalışır

Xəzəryanı ölkələr viza məhdudiyyətlərini aradan qaldırmağa çalışır
# 24 may 2012 09:18 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. İranın Qorqan şəhərində Xəzəryanı ölkələrin Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib.

APA-Economics”in “MehrNews.com”a istinadən xəbərinə görə, görüşün əsas məqsədi regionda çoxtərəfli ticarətin inkişaf etdirilməsi məqsədilə viza məhdudiyyətlərinin aradan qaldırılması məsələlərinin müzakirəsi olub.

Görüş iştirakçıları nəqliyyat və bank sistemi problemlərinin həlli üçün düzgün mexanizmin qəbulunun zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, tədbirdə Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiyanın nümayəndələri iştirak edib.

Xatırladaq ki, Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurası 1996-cı ildə İran, Qazaxıstan və Rusiya Ticarət palataları tərəfindən yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR