Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri BƏƏ iqtisadiyyat nazirinin müavini ilə görüşüb

Azərbaycanın mədəniyyət və turizm naziri BƏƏ iqtisadiyyat nazirinin müavini ilə görüşüb
# 25 may 2012 11:47 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Shehhinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Belə görüşlərin ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev bildirib ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.

Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan nazir bildirib ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Nazir xüsusi olaraq diqqətə çatdırıb ki, bu gün bütün Avropanın diqqət mərkəzində olan ən mühüm mədəni hadisələrdən biri - 57-ci “Eurovision” mahnı müsabiqəsi Bakıda keçirilir.

Bunu yüksək mədəni hadisə kimi qiymətləndirən Məhəmməd Bin Abdul Aziz Al Shehhi yarışmanın bütün iştirakçılarına uğurlar arzulayıb. Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən qonaq ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR