"Azərbaycanda sənaye subyektləri üçün yeni subsidiya mexanizmlərinin planlaşdırılması ilə bağlı müvafiq dövlət qurumları ilə yaxından iş qurulur".
APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin ilk yarısına qədər subsidiya mexanizmlərinə dair işlər görüləcək: "Həm hava nəqliyyatı, həm turizmin dəstəklənməsi, həm də müxtəlif istiqamətlərdə subsidiya mexanizmləri planlaşdırırıq ki, bununla turizm sənayesini stimullaşdıraq”.